7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar AQTA sədri Qoşqar Təhməzlinin müraciəti ilə başlayan kampaniyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qoşularaq qida təhlükəsizliyinin vacibliyini diqqətə çatdırıb.
Bizim.Media xəbər verir ki, nazir sağlam və təhlükəsiz qidanın süfrəyə yalnız təbiətdən gələ biləcəyini vurğulayıb.
O, təbiəti və sağlam qidanı qorumaq üçün hər kəsi əl-ələ verməyə çağırıb.
M.Babayev çıxışının sonunda kənd təsərrüfatı naziri İnam Kərimovu qida təhlükəsizliyi ilə bağlı kampaniyada iştiraka dəvət edib.
Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida təhlükəsizliyi hər kəsin işidir" şüarı ilə keçirilir.
Xatırladaq ki, bir neçə gün bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kampaniyada iştirak üçün həmkarı Muxtar Babayevə müraciət etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:35 / 03.06.2021
Sahil Babayevdən sonra sıra Ekologiya və Təbii Sərvətlər nazirinə gəldi - VİDEO
Hazırda oxunan: Sahil Babayevdən sonra sıra Ekologiya və Təbii Sərvətlər nazirinə gəldi - VİDEO
Hazırda oxunan: Sahil Babayevdən sonra sıra Ekologiya və Təbii Sərvətlər nazirinə gəldi - VİDEO
23386
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.