Goranboyda "Kamaz" aşdı, sürücü öldü - FOTO

Hazırda oxunan: Goranboyda "Kamaz" aşdı, sürücü öldü - FOTO

233859

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadidə rayonun Yuxarı Ağcakənd qəsəsində baş verib.

Qızılhacılı kənd sakini 1990-cı il təvəllüdlü Yusif Orucovun idarə etdiyi "Kamaz" markalı yük maşını idarəetməni itirərək aşırıb. Qəza zamanı sürücü hadisə yerində həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin