MSK-da müraciətlərə BAXILDI: Rəhimli bələdiyyəsində saxtakarlıq aşkarlandı

Hazırda oxunan: MSK-da müraciətlərə BAXILDI: Rəhimli bələdiyyəsində saxtakarlıq aşkarlandı

233853

Mərkəzi Seçki Komissiyasında (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.

Bizim.Media xəbər verir ki, müraciətləri MSK-nın və Ekspert qrupunun üzvləri Fuad Cavadov, Qabil Orucov, Baxşeyiş Əsgərov təqdim ediblər.

Məlumata görə, müraciətlərdən biri 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsinin 19, 24 və 52 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə əlaqədar olub.

Bildirilib ki, müraciətlə əlaqədar təqdim edilən seçki protokollarında məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verilib. Müraciəti edən namizədlə isə sonradan əlaqə saxlamaq mümkün olmayıb.

MSK müraciəti əsasız sayıb. Eyni zamanda müraciət edən seçki subyektləri ilə bağlı materiallarda cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin