Tullantılardan qızıl əldə olunur – ŞOK ARAŞDIRMA

Hazırda oxunan: Tullantılardan qızıl əldə olunur – ŞOK ARAŞDIRMA

233845

Elektron tullantılardan qızıl əldə etmək üçün yeni üsul ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı İsveçrədə araşdırma aparılıb.

Məlumata görə, təhqiqatçılar elektron tullantılardan qızıl kimi qiymətli materialları çıxara bilən resurs yaratmağa müvəffəq olublar.

“Advanced Materials” jurnalında dərc olunan bir məqaləyə görə, bir qrup tədqiqatçı yalnız 20 köhnə kompüter anakartından 450 milliqram 22 karatlıq qızıl külçələr çıxarıblar. Bildirilib ki, zərdab zülalları turşu şəraitdə və yüksək temperaturda denaturasiyaya uğrayaraq zülal nanofibril suspenziyasını əmələ gətirir. Tədqiqatçılar daha sonra bu gelin qurudularaq süngərə çevrildiyini və metal hissələri həll edib ionlaşdırdıqdan sonra süngəri yaranan məhlulun içinə yerləşdirərək qızıl ionlarını çəkdiklərini bildiriblər.

Komanda, süngərin qızdırıldığı zaman toplanan ionları lopaya çevirdiyini və tərkibində 91 faiz qızıl və 9 faiz mis olan 450 milliqramlıq kiçik qızıl külçəsi əldə etdiklərini bildirib. Bu külçənin təxminən 33 dollar dəyərində olduğu açıqlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin