Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapdı

Hazırda oxunan: Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapdı

233833
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər kənd sakinlərini narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir. İcra Başçısının səyyar görüşdə səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi bunu bir daha sübut edir. Bala Cəfərli və Birinci Şıxlı kəndlərdində keçirilən səyyar görüşdə səsləndirilən məsələlərin həll olunması da bu dediklərimizin əyani göstəricisidir.

İcra Başçısının Bala Cəfərli kəndində keçirilən səyyar görüşü zamanı kənd sakini Ceyhun Rəhimov müraciətində kənddaxili yollara qum-çınqıl döşənməsini bildirmişdi.xa0

Rayon rəhbəri vətəndaşın müraciətinə cavab olaraq elə görüş zamanı qaldırılan məsələ ilə bağlı konkret tapşırıqlar vermişdi.xa0

Artıq kənd sakini tərəfindən qaldırılan məsələ öz müsbət həllini tapıb. Rayon rəhbərinin tapşırığına əsasən Bala Cəfərli kəndində 3 km uzunluğunda kəndarası yollara qum-çınqıl döşənmişdir.

Bundan əlavə, Qazaxda son iki ildə Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış bu problemin öz müsbət həllini tapması rayonda yol infrastrukturunun uğurla inkişaf etdirilməsi deməkdir. Respublika Prezidenti İlham Əliyevin Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli sərancamı da bu inkişafın davam etdirilməsinin bariz nümunəsidir.xa0

Növbəti müraciət isə rayonun Birinci Şıxlı kəndində keçirilən səyyar görüş zamanı səsləndirilmişdi. Kənd tam orta məktəbin direktoru Məzahir Qocayevin məktəbin qarşısında dayanacaq qoyulması ilə bağlı müraciəti də bu gün müsbət həllini tapıb. Rayon rəhbərinin tapşırığına əsasən məktəbin qarşısına yeni dayanacaq qoyulub.

Həyata keçirilən bütün əməli işlər bir daha onu göstərir ki, bu gün Qazaxda vətəndaş amili ön planda tutulur. Onlar tərəfindən səsləndirilən hər xırda bir məsələ belə öz həllini tapır.

Səyyar
Səyyar
Səyyar
Səyyar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin