Azərbaycanda TƏDRİS kanalına ehtiyac var – Professordan TƏKLİF

Hazırda oxunan: Azərbaycanda TƏDRİS kanalına ehtiyac var – Professordan TƏKLİF

23383

Azərbaycanda tədris kanalı açılmalıdır. Bu təkliflə filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli çıxış edib. O, hesab edir ki, belə bir kanalın açılması ictimai sifariş, sosial tələbdir və cəmiyyətin buna əlahiddə ehtiyacı var.

Qulu Məhərrəmli Bizim.Media-ya açıqlamasında xatırladıb ki, bu televiziya yayım siyasətinin çox böyük elementi olmalıdır: 

“Azərbaycan televiziyasının təcrübəsində bu var. Sovet dövründə ayrıca Tədris baş redaksiyası var idi, sonra Tədris kanalı da açıldı. İndi də ixtisaslaşmış kanallar artır. Maarifləndirmə, mədəniyyət dövlətin nəzarətində olmalıdır, çünki bunlar bazar münasibətləridən kənar strateji məsələdir. Ona görə ictimai yayım fəlsəfəsinə uyğun olaraq bu televiziyanın İctimai Televiziyanın balansında yaranmasını arzulayardım. Bu kanalda təkcə dərs keçmək yox, dünyagörüşü formalaşdırmaq, keçmiş, bu gün, gələcək haqqında təsəvvürlər oyatmaq, dəyərləri təbliğ etmək,  tarix, coğrafiya, fəlsəfi bilikləri təlqin etmək olar”.

Professor bildirib ki, bunun üçün aydın konsepsiya, yüksək səviyyəli mütəxəssislər, rejissura həlli olmalıdır.

“Dövlət maliyyə ayırsa, bunu həll etmək mümkündür. Dünyada tədris, maarifçilik kanaları, onlardan ayrılan ixtisaslaşmış kanallar - tarix, coğrafiya, astronomiya, ovçuluq və s. istiqamətli kanallar fəaliyyət göstərir.  Yaponiya kimi inkişaf etmiş bir ölkənin ictimai yayımının - En-Eyç-Key-in 2-ci kanalı sırf tədris-maarifçilik üzrə ixtisaslaşıb. En-Eyç-Key-in 6,5 mlyard avro büdcəsi var”. 

Qulu Məhərrəmli bayağı əyləncə verlişlərini də tənqid edib: “Əks təqdirdə bayağı və düşük əyləncələr insanların olub-qalan ağlını da başından alıb onları zombiyə çevirəcək”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin