Odun sobası Balakəndə Osmanovlar ailəsini evsiz qoydu – FOTO

Hazırda oxunan: Odun sobası Balakəndə Osmanovlar ailəsini evsiz qoydu – FOTO

233808

Balakən sakininə məxsus evdə odun sobasının nəzarətsiz qalması ailəyə baha başa gəlib.

Bizim.Media-nın yerli bürosu gecə saatlarında rayonun Kortala kənd sakini Həsən Osmanova məxsus 4 otaqlı fərdi yaşayış evində baş verən yanğınla bağlı təfərrüatlar əldə edib.
 

Yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olan kimi Kortala kəndinə texnikalar və canlı qüvvə cəlb olunub.


Lakin yanğının miqyası böyük olduğundan onu söndürmək çətinləşib. Yanğınsöndürənlər yaxınlıqdakı digər tikililəri mühafizə ediblər. Nəticədə ümumi sahəsi 140 kvadratmetr olan, dörd otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinin ilkin tədqiqi nəticəsində bəlli olub ki, evdə odun sobası yandırılıb. Yanğın çardaqdan başlayıb və mənzillərə keçib.

Hadisənin təfərrüatları araşdırılır.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin