Səyahət etmək istəyənlərə ŞAD XƏBƏR – Təyyarə biletləri UCUZLAŞDI

Hazırda oxunan: Səyahət etmək istəyənlərə ŞAD XƏBƏR – Təyyarə biletləri UCUZLAŞDI

233797

Bu il fevralın 16-dək sərnişinlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin bütün beynəlxalq istiqamətləri üzrə aviabiletləri 25 % endirimlə əldə edə biləcəklər.

Bizim.Media bu barədə AZAL-a istinadən xəbər verir.
 

Məlumata görə, təklif mayın 31-dək həyata keçirilən reyslərə şamil olunur.


Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tariflərinə şamil edilir, lakin vergi və yığımlara tətbiq edilmir.

Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: //www.azal.az/en/airline/mobile-applications/.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin