Adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin sayı AÇIQLANDI

233784

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 6 fevral saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 7 fevral saat 10:00-dan başlanılıb.

Fonddan Bizim.Media-ya bildirilib ki, vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalına inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib.

Qeyd etmək lazımdır ki, həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə verilməsi nəticəsində bu kreditlərə əhali arasında yüksək tələb formalaşıb. Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin