Zaqatala şəhərində minik avtomobili aşıb, xəsarət alanlar var.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, axşam saat 21 radələrində Zaqatala şəhəri, Bayraq meydanı adlanan ərazidə hərəkətdə olan minik avtomobili aşıb.
Qəza zamanı xəsarət alanlardan biri 1993-cü il təvəllüdlü Balakən rayonu Mahamalar kənd sakini Paraşov Orxan Nurəddin oğlu, digəri isə 1989-cu il təvəllüdlü Zaqatala rayon sakini Sabir Fazil oğlu Abdullayevdir. İlkin məlumata görə, qəza zamanı xəsarət alan iki nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıb.
Hazırda yaralılara ilkin yardım göstərilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:32 / 07.02.2025
Zaqatalada avtomobil aşdı, xəsarət alanlar var - FOTO/VİDEO
Hazırda oxunan: Zaqatalada avtomobil aşdı, xəsarət alanlar var - FOTO/VİDEO
Hazırda oxunan: Zaqatalada avtomobil aşdı, xəsarət alanlar var - FOTO/VİDEO
233776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.