Bakının bir sıra ərazisində su və kanalizasiya xətləri YENİLƏNDİ - FOTO

Hazırda oxunan: Bakının bir sıra ərazisində su və kanalizasiya xətləri YENİLƏNDİ - FOTO

233739

Xətai rayonunda Xətai rayon Sukanal İdarəsi diametri 110 millimetr, uzunluğu 850 metrlik xəttin inşası işləri davam etdirir.

Bizim.Media İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Xətai Sukanal İdarəsinin baş mühəndisi Emin Rüstəmov rayon ərazisində istismar müddəti bitmiş siyirtmələrin, Marat Əmirxanov küçəsində kanalizasiya xəttinin dəyişdirildiyini bildirib.

“Ötən il Xətai rayon Nazim Şükürov küçəsində müxtəlif diametrli uzunluğu 400 metr olan yeni su xətləri quraşdırılıb və 92 fərdi yaşayış evi yeni şəbəkəyə qoşulub. Ümumilikdə 2024-cü ildə idarə tərəfindən müxtəlif diametrli 4924 metr yeni su xətləri çəkilib, 1814 metr su xətləri isə dəyişdirilib. 2464 metr müxtəlif diametrli kanalizasiya xətləri, 42 ədəd baxış quyuları quraşdırılıb. Su xətlərinin üzərində 17 ədəd yeni siyirtmələr quraşdırılıb”, - deyə Emin Rüstəmov vurğulayıb.

Baş mühəndis diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 8 Noyabr prospektinin əsaslı təmir işləri zamanı istismar müddəti bitmiş su və kanalizasiya xətləri dəyişdirilib: “4017 metr müxtəlif diametrli su xətti çəkilib, 428 metr isə müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilib. Həmçinin əhali tərəfindən primitiv üsulla çəkilmiş xətlər ləğv olunaraq 3503 metr müxtəlif diametrli su xətti və 2269 metr uzunluğunda kanalizasiya xətti quraşdırılıb. 312 fərdi yaşayış evinin isə yeni şəbəkəyə qoşulması təmin edilib”.

Onun sözlərinə görə, rayon ərazisində sayğaclaşma işləri də sürətlə aparılır.

“Təkcə ötən il ərzində 1065 ədəd yeni sayğac quraşdırılıb, 3856 ədəd istismar müddətini başa vurmuş sayğac isə yenisi ilə əvəz olunub. Bundan başqa, rayon ərazisində sovet dönəmində inşa olunmuş 624 ədəd yaşayış binası mövcuddur ki, mütəmadi olaraq bu binaların istismar müddəti bitmiş kanalizasiya xətləri yenisi ilə əvəz olunur, baxış quyuları təmizlənir və zirzəmisinə dolmuş çirkab və qrunt suları nasoslarla kənarlaşdırılır. 127500 əhali, 6500 qeyri-əhali abonentə xidmət göstərən Xətai rayon Sukanal İdarəsinin xidməti ərazisində 19 su nasos stansiyası və 11 anbar mövcuddur ki, bu nasos stansiyalar və anbarlar vasitəsilə əhali fasiləsiz içməli su ilə təmin olunur”, - deyə baş mühəndis qeyd edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin