Şəhid Elşən Tağıyev 31 il sonra doğma yurduna QOVUŞDU - VİDEOSÜJET

Hazırda oxunan: Şəhid Elşən Tağıyev 31 il sonra doğma yurduna QOVUŞDU - VİDEOSÜJET

233725

Vətən torpağı uğrunda canını fəda edən, illərlə xəbərsiz qalan, lakin unudulmayan igidlərimizdən bir də Elşən Qubad oğlu Tağıyevdi.

Nəhayət ki, doğulduğu yurda qayıtdı. Amma şəhid kimi... 31 il əvvəl Birinci Qarabağ müharibəsində düşmənə qarşı ölüm-dirim savaşına atılan Elşən Tağıyev, bu gün doğma torpağında əbədiyyətə yola salınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Salyanda 31 il sonra meyiti tapılan şəhidlə vida mərasimi – FOTO/VİDEO


Elşən Tağıyev Birinci Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə yollanıb. Üç əmisioğlu ilə birlikdə döyüşlərə qatılan qəhrəmanımız erməni işğalçılarına qarşı şücaətlə döyüşüb və şəhidlik zirvəsinə ucalıb. 

Lakin onun nəşi tanınmadığı üçün bir müddət sonra naməlum əsgər kimi İmişli məzarlığında dəfn edilib. 31 il boyunca ailəsi, yaxınları onun bir gün geri dönəcəyinə ümid edib…  

Ətraflı videosüjetdə: 


Sabutay, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin