Taksidən istifadə edənlərin sayı niyə AZALIB? - SƏBƏB

Hazırda oxunan: Taksidən istifadə edənlərin sayı niyə AZALIB? - SƏBƏB

233696

Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyyətinin sədri Anar Rzayev açıqlamasında bildirib ki, son iki ildə taksi xidmətindən avtobuslara keçid müşahidə edilib. Sədrin sözlərinə görə xüsusilə, şəhər mərkəzində taksilərlə səfərlərin sayı azalıb, avtobuslarla isə artıb.

Maraqlıdır ki, gündəlik həyatda tez-tez müraciət olunan taksi xidmətlərindən istifadə edənlərin sayı niyə azalıb? Görəsən, taksi qiymətlərinin artması və yaxud avtobus zolaqlarının çəkilməsi bu göstəricilərin səbəbidir?
 

MÖVZU İLƏ BAĞLI:

Bəzi sürücülər sərnişinləri və taksi şirkətlərini necə aldadırlar? - VİDEO


Çünki taksi qiymətlərindən narazı olan və yaxud avtobus zolaqları sayəsində mənzilə daha tez çatdığını deyən sərnişinlər heç də az deyil.

Nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında taksidən istifadə edənlərin azalmasının müxtəlif səbəbləri olduğunu qeyd edib:

“Birinci növbədə, taksilərin sayı azaldı. Müşahidələrə görə Bakıda 67 min taksi var idi.  Aparılan islahatlardan sonra bu say 30 minə qədər azaldıldı”.

Elməddin Muradlı taksi xidmətinin minimum qiymətinin artmasını da səbəb kimi göstərib.

“Taksilərin qiyməti o qədər ucuz idi ki, insanlar ən qısa məsafəyə belə taksi sifariş edirdilər. AYNA-nın açıqlamasında da görünür ki, taksilərlə qısamənzilli səfərlər azalıb. İnsanlar başa düşürlər ki, qısa məsafəyə taksi sifariş etmək sürücüyə də sərf etmir. Agentliyin təhlillərindən də görünür ki, qısa məsafəli səfərlərin azalması insanları ictimai nəqliyyata cəlb etdi, onlar taksidən uzaqlaşdılar. Azalma baş verirsə, deməli, nəticə müsbətdir. İctimai nəqliyyat inkişaf etdikcə taksilərin sayı azalacaq”.

Elməddin Muradlı sonda deyib ki, Bakıya 30-35 min taksi kifayət edir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin