Yerə təhlükəli asteroid YAXINLAŞIR - Toqquşma ehtimalı artdı

Hazırda oxunan: Yerə təhlükəli asteroid YAXINLAŞIR - Toqquşma ehtimalı artdı

233689

Astronomlar 2024 YR asteroidinin Yerlə birbaşa toqquşma ehtimalının 2,3 faiz olduğunu proqnozlaşdırırlar. 

Bizim.Media xəbər verir ki, bu  barədə NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi məlumat yayıb. 
 

Bildirilir ki, 2024 YR asteroidi 2032-ci ildə Yerin yaxınlığından keçəcək. Kosmik obyektlə birbaşa toqquşma ehtimalı 2,3 faizdir. 


Edinburq Universitetinin planetar astronomiya professoru Kolin Snodqrassın sözlərinə görə, asteroidin uçuşu çox güman ki, “zərərsiz” olacaq. 

2024 YR4 asteroidi futbol meydançası ölçüsündədir. Elm adamları onu ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki El Sos Rəsədxanasında kəşf ediblər. Astronomların hesablamalarına görə, onun diametri 40-90 metr arasındadır. Yeni ilə qədər o, NASA tərəfindən xüsusi diqqət tələb edən obyekt kimi qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin