Xəbər verdiyimiz kimi fevralın 4-də Ağcabədidə 17 yaşlı oğlan itkin düşmüşdü. Rayonun Babək küçəsində yaşayan Adil evdən çıxaraq bir daha geri qayıtmayıb. 3 gün idi ki, yeniyetmə ilə bağlı axtarışlar aparılırdı.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Adil Həsənovun meyiti Yuxarı Qarabağ kanalından tapılıb.
MÖVZU İLƏ BAĞLI:
İki gündür itkin düşən 17 yaşlı yeniyetmə kanalda BOĞULUB? - VİDEOSÜJET
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu