Gəncədə dəm qazından zəhərlənənlər evə buraxıldı.
Gəncədə dəm qazından zəhərlənən ana və onun övladının həyatı ilə bağlı ciddi qorxu yoxdur.
Bu barədə məlumat Bizim.Media-nın yerli bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə ana və övladı dəm qazından ZƏHƏRLƏNDİ
Bildirilib ki, 07.02.2025-ci il tarixində saat 03:20 radələrində dəm qazından zəhərlənmə diaqnozu ilə 2 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan xəstəxanalara hospitalizasiya olunublar:
“1990-cı il təvəllüdlü şəxsə (qadın cinsli) Abbas Səhhət adına xəstəxanada, 2011-ci il təvəllüdlü şəxsə (kişi cinsli) isə Zülfüqar Məmmədov adına xəstəxanada zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, dünən gecə Gəncədə yaşadığı evdə 1990-ci il təvəllüdlü L.Cəfərova və onun övladı 2011-ci il təvəllüdlü Ömər Cəfərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiliblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu