Mingəçevir-Xocalı-Xankəndi-Şuşa avtobus reysi açılır – BU TARİXDƏN

Hazırda oxunan: Mingəçevir-Xocalı-Xankəndi-Şuşa avtobus reysi açılır – BU TARİXDƏN

233644

Sabahdan RəqəmsaI İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysini istifadəyə verəcək. 

Bizim.Media xəbər verir ki, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır. 
 

Reyslər Mingəçevir Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Mingəçevirə isə 16:00-da həyata keçiriləcək. 


Mingəçevir – Şuşa – Mingəçevir reysi üzrə bir istiqamət üçün biletin qiyməti 5,5 manat təşkil edir. Bu reys üzrə Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələri kimi müəyyən edilib. Mingəçevir – Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 4,5 manat, Mingəçevir – Xankəndi aralıq məntəqəsi üçün biletin qiyməti 5 manatdır. 

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. 

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin