Hoteldə qızla qalmaqal yaşayan azərbaycanlı futbolçu komandadan QOVULDU

Hazırda oxunan: Hoteldə qızla qalmaqal yaşayan azərbaycanlı futbolçu komandadan QOVULDU

233635

"Turan Tovuz" klubunun futbolçusu Nahid Əliyev Bakıda yerləşən hotellərin birində qızla tanış olmağa çalışarkən qalmaqala səbəb olub. 

Bizim.Media "sportinfo"ya istinadən xəbər verir ki, gənc oyunçu komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla tanış olmaq istəyib. 

Xarici ölkə vətəndaşı olan zərif cinsin nümayəndəsi onun təklifini qəbul etməyib. Oğlanın ondan əl çəkmədiyini görən əcnəbi xanım hotelin təhlükəsizlik xidmətinə şikayətlənib. 

Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıblar. Hadisə yerinə gələn rəsmilər qızı sakitləşdiriblər. 

Eyni zamanda klubun baş məşqçisi Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb. 

Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb. 

"Turan Tovuz"un futbol akademiyasının koordinatoru Eltay Aslanovun bacısı oğlu olan N.Əliyev həm də noyabrın 10-da etdiyi hərəkətlə 73 yaşlı mütəxəssisin qəzəbinə tuş gəlib. Belə ki, N.Əliyev əvəzedici heyətin "Səbail-2" ilə keçirdiyi matç (1:1) günü yoxa çıxıb. Nə komandayla Bayıla gəlib, nə də telefon zənglərinə cavab verib. 

Yalnız qarşılaşmadan xeyli sonra onunla əlaqə saxlamaq mümkün olub. Nahid iddia edib ki, oyun günü olduğunu unudub və yatıb qalıb. 

Berdiyev bu barədə bilgi alandan sonra müvafiq göstəriş verib. Baş məşqçinin tapşırığına əsasən, yarımmüdafiəçi o tarixdən bəri meydan üzünə həsrət qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin