Xəbər verdiyimiz kimi, ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Qeyd olunub ki, yanğının qarşısının alınması üçün vaqon hərəkət tərkibindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb.
Yanğın söndürülüb. İlkin versiyaya görə, hadisə vaqondakı kömürlər bir-birinə sürtündükcə yaranan qızışmaya görə baş verib.
Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.
"Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır. Yanğın nəticəsində Azərbaycan Dəmir Yollarına zərər dəyməyib. Yanğınsöndürmə işlərinə cəlb olunan ADY-nin bir əməkdaşı halı pisləşdiyi üçün həkimə aparılıb, lakin səhhətində heç bir problem olmadığı üçün evə buraxılıb",-məlumatda vurğulanıb.
Qeyd edək ki, dünən axşam saatlarında baş verən yanğın nəticəsində 4 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/07/1738903332_11.jpg)
- A-
- A
- A+
Cəmiyyət
08:40 / 07.02.2025
Hacıqabulda yanğın olan vaqon Rusiyadan göndərilib – FOTO
Hazırda oxunan: Hacıqabulda yanğın olan vaqon Rusiyadan göndərilib – FOTO
Hazırda oxunan: Hacıqabulda yanğın olan vaqon Rusiyadan göndərilib – FOTO
233622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.