Göyçayda 55 yaşlı kişi iş yerində ÖLDÜ

Hazırda oxunan: Göyçayda 55 yaşlı kişi iş yerində ÖLDÜ

233588

Göyçayda ölüm hadisəsi qeydə alınıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün, axşam saat 19:00 radələrində, rayonun Çayarxı kəndi ərazisində yerləşən tikinti materialları mağazasında baş verib.

Mağazanın gözətçisi 1970-ci il təvəllüdlü Kərimov Sahib Firidun oğlu iş yerində qəfildən dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, gözətçi yenicə iş yerinə gəlibmiş.
 

55 yaşlı kişinin səhhətində ciddi problemlər olduğu bildirilir. Ölümünə ilkin səbəb kimi də elə ani ürəktutması ehtimal olunur.


Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin