Gəncədə məktəbdə siqaret çəkən və təhqiramiz ifadələr işlədən şagird CƏZALANDIRILDI

Hazırda oxunan: Gəncədə məktəbdə siqaret çəkən və təhqiramiz ifadələr işlədən şagird CƏZALANDIRILDI

233581

Gəncədə məktəbdə siqaret çəkən və təhqiramiz ifadələr işlədən şagirdlə bağlı protokol tərtib olunub.

Bizim.Media report-a istinadən xəbər verir ki, Gəncə şəhərində yerləşən orta məktəblərdən birinin 10-cu sinif şagirdi olan E.M məktəbdə siqaret çəkib, digər şagirdləri təhqir edib və bunu videoya çəkərək sosial şəbəkədə paylaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, görüntülərlə bağlı müvafiq tədbirlər görülüb və aidiyyəti dövlət komissiyanın nümayəndələri ilə birgə polis əməkdaşları həmin məktəbdə olublar.

“Şagird və onun valideyni ilə profilaktik iş aparılaraq, bu barədə protokol tərtib olunub”, - DİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin