Zəlzələdə türk qardaşlarımıza dəstək olan Sərvər - "Jiquli" həmrəylik rəmzinə çevrildi - VİDEO

Hazırda oxunan: Zəlzələdə türk qardaşlarımıza dəstək olan Sərvər - "Jiquli" həmrəylik rəmzinə çevrildi - VİDEO

233569

2023-cü ilin 6 fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla köməyə tələsən və fotosu ilə məşhurlaşan Sərvər Bəşirli Baku TV-yə danışıb.

Bizim.Media xəbər verir ki, o, məcburi köçkün həyatı yaşadığına görə soyuqda evsiz qalmağın nə demək olduğunu yaxşı bildiyini söyləyib:

"Qohumlarımla oturmuşduq. Sosial şəbəkədə yardım kampaniyası başladıldığı haqqında məlumat gördüm. Qərara gəldik ki, əlimizdən gələni edək".

S.Bəşirli türkiyəli iş adamının dəstəyi ilə zəlzələdən zərərçəkənlərə yardım edilməsində iştirakından da bəhs edib:

"Adıyamanda idim. Çadırların qurulmasında iştirak edirdim. Yardım paylayanda bir adam yaxınlaşdı. Ona iki adyal verdim, amma birini qaytardı. Sonradan öyrəndim ki, onun ailəsi zəlzələ zamanı uçqun altında qalıb".

Türkiyəli iş adamının ona avtomobil hədiyyə etməsindən də danışan Sərvər bəy yardımı maşın yox, qardaş ölkələr olduğumuz üçün göstərdiyini vurğulayıb:

"İş adamına zəng edib, bu barədə ona dedim. Söylədi ki, elə bil qardaşın sənə bir stəkan su təklif edir. Daha sonra həmin şəxs mənimlə görüşməyə gəldi. Evimin tikilməsinə də dəstək göstərdi".

Ətraflı süjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin