Pedoqoji kolleclərin aqibəti necə olacaq? – Nazirdən AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Pedoqoji kolleclərin aqibəti necə olacaq? – Nazirdən AÇIQLAMA – VİDEO

233548

Kolleclərdə "Müəllimlik" ixtisasının tədricən ləğv ediləcəyi və əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığının məhdudlaşdırılacağı barədə açıqlama verdiniz.

Bəs, artıq pedoqoji kolleclərin fəaliyyəti nədən ibarət olacaq?

“Bizim baxışımız bundan ibarətdir ki, müəllim ali təhsilli adam olmalıdır. Düşünürəm ki, kollec təhsili ali məktəblərin az olduğu vaxtda yaranıb. Onun adını da qəribə qoymuşuq, yəni orta ixtisas təhsili. Yəni orta təhsillə ali təhsilin arasında, aralıq təhsili daha düzgündür. Amma onun nəyin ortasında olduğunu soruşan olsa heç kim izah edə bilməyəcək”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yanvarın 6-da keçirdiyi brifinqdə Bizim.Media-nın “Kolleclərdə "Müəllimlik" ixtisası tədricən ləğv edilərsə, pedoqoji kolleclərin fəaliyyəti nədən ibarət olacaq?” sualını cavablandırarkən deyib.

Nazir bundan sonra kolleclərdə, əsasən hansı ixtisasların hazırlanacağını sadalayıb:


“Kolleclərdə ev və ailə təhsili, digər pedaqoji istiqamətlərdə olan köməkçi məsələlər, gələcəkdə ola bilər ki, köməkçi müəllimlər olsun, həmçinin, ümumi təhsil müəssisələrinin texniki peşə kimi ixtisaslara hazırlıq da ola bilər. O cümlədən də zaman-zaman da ixtisasları dəyişirik.



Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin