Xəbər verdiyimiz kimi, Ucar rayonunun Rəstəcə kəndində məktəbli sinif yoldaşına bıçaqla ağır xəsarət yetirib.
Bizim.Media xəbər verir ki, Mərkəzi Aran Regoinal Təhsil İdarəsi insidentə münasibət bildirib.
Açıqlamada deyilir ki, Ucar rayonunda Rəstəcə kənd tam orta məktəbin 9 -cu sinif şagirdinin sinif yoldaşına xəsarət yetirməsi barədə məlumat yayılıb:
"Məsələ ilə bağlı bildiririk ki, 04 fevral 2025-ci il tarixdə saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.
Xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.
Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/06/1738829264_5271804900092797275.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:05 / 06.02.2025
Ucar məktəbindəki insidentin yeni DETALLARI AÇIQLANDI - FOTO
Hazırda oxunan: Ucar məktəbindəki insidentin yeni DETALLARI AÇIQLANDI - FOTO
Hazırda oxunan: Ucar məktəbindəki insidentin yeni DETALLARI AÇIQLANDI - FOTO
233488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.