Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvan şəhərində xalça istehsalı emalatxanası və Regional yun və boyaq bitkilərinin tədarükü mərkəzi üçün binalar tikilir.
İyulun 18-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Naxçıvanda inşa edilən binalarda tikinti işlərinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, "Dizayn İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətixa0 tərəfindən inşaası aparılan birmərtəbəli emalatxana binasının tikintisinə bu ilin fevral ayında başlanılıb. Binada dəmir-beton işləri başa çatdırılıb. Hazırda binanın daxili və xarici divarlarının hörgüsü aparılır, dam örtüyü vurulur, kommunikasiya xətləri çəkilir.xa0 Regional yun və boyaq bitkilərinin tədarükü mərkəzinin də tikintisi sürətlə davam etdirilir.
Baxış zamanı tikinti işlərinin keyfiyyətlə aparılması və vaxtında başa çatdırılması barədə tapşırıqlar verilib.








































































































