Şamaxı xəstəxanasının mənimsəmədə ittiham olunan sabiq direktorunun MƏHKƏMƏSİ BAŞLADI

Hazırda oxunan: Şamaxı xəstəxanasının mənimsəmədə ittiham olunan sabiq direktorunun MƏHKƏMƏSİ BAŞLADI

233408

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Emin Hüseynin barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 19-na təyin edilib.
 

Qeyd edək ki, Hüseyn Emin Ramiz oğlu 2022-ci ildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edilib. Sonradan vəzifəsindən azad olunub.


Onunla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin