Metro qatarının kamerasından su sızması xəbərinə RƏSMİ REAKSİYA

Hazırda oxunan: Metro qatarının kamerasından su sızması xəbərinə RƏSMİ REAKSİYA

233392

Xəbər verdiyimiz kimi, Bakı metrosunda qatarlardan birinin kamerasında su sızması baş verib.

Bizim.Media xəbər verir ki, mövzuya "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov münasibət bildirib.

Onun sözlərinə görə, yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxış keçirilərək, xəttə buraxılıb.
 

Daha sonra həmin qatarın sərnişin salonunun tavan hissəsindən axıntı barədə məlumat daxil olub".


Bəxtiyar Məmmədov qeyd edib ki, dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib.

İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb.

Bununla belə, texniki araşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qərara alınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin