Həbs olunan "qumar kralı"nın Bakıdakı məşhur restoranları - ADLAR

Hazırda oxunan: Həbs olunan "qumar kralı"nın Bakıdakı məşhur restoranları - ADLAR

233380

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının qanunsuz təşkilinə qarşı genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində ölkədə "qumar kralı" kimi tanınan Yusif Baqiyev (Şəkili) saxlanılıb.

Bizim.Media bakupost.az-a istinadən xəbər verir ki, Yusif Baqiyev Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən "Medalyon" və "Nuxa" restoranlarının sahibidir.

Qeyd edək ki, ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin