"Azərlotereya"nın dəstəyi ilə "Everest" intellektual oyunları davam edir – FOTO

Hazırda oxunan: "Azərlotereya"nın dəstəyi ilə "Everest" intellektual oyunları davam edir – FOTO

233352

"Azərlotereya" ASC-nin dəstəyi ilə ölkənin ən populyar intellektual əyləncə platformalarından biri olan "Everest" fəaliyyətini daha da genişləndirir.

Bizim.Media xəbər verir ki, məqsəd ölkədə intellektual əyləncə mədəniyyətinin inkişafına və bilik yarışlarının populyarlaşmasına töhfə verməkdir. Belə təşəbbüslərə dəstək göstərmək cəmiyyətin maariflənməsi və yaradıcı düşüncənin təşviq olunması baxımından böyük əhəmiyyətə malikdir.

2017-ci ildən fəaliyyət göstərən "Everest"də hər həftənin ikinci günü intellektual oyunlar təşkil olunur. Yarışlar istənilən yaş kateqoriyasından olan iştirakçılar üçün açıqdır. Oyunlara həm fərdi şəkildə, həm də şirkətlərin korporativ komandaları olaraq qatılmaq olar. Yarışlarda iştirak komanda ruhunu gücləndirməyə və əməkdaşlar arasında intellektual rəqabətə imkan yaradır.

"Everest"də hər həftə 40-dan çox komanda iştirak edir. İlk 3 yeri tutan komanda müxtəlif hədiyyələrlə mükafatlandırılır.

Qeyd edək ki, "Azərlotereya" ASC artıq 3 mövsümdür ki, Peşəkar İntellekt Liqasının da sponsorudur. Şirkət gələcəkdə də intellektual oyunların inkişafına yönəldilmiş fəaliyyətini davam etdirəcək.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin