Bakıda gənc qız şantaj olunub.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.
Belə ki, 21 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri yayacağı ilə hədə-qorxu gəldiyini və ondan 1200 manat pul tələb etdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Ü.İbrahimov müəyyən olunaraq saxlanılıb. Ü.İbrahimovun zərərçəkənin sevgilisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media