Yusif Baqiyev HƏBS EDİLDİ

Hazırda oxunan: Yusif Baqiyev HƏBS EDİLDİ

233317

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının təşkilinə qarşı əməliyyat keçirib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, əməliyyatla ölkədə “qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) də saxlanılıb.

Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.
 

Bu maddələrin sanksiyasında 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.


Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ağır cinayətlərdə təqsirləndirilən Baqiyevin cinayət işinin detalları barədə əlavə məlumat verilməyib. Hazırda iş üzrə ilkin istintaq aparılır.

Qeyd edək ki, Şəkili Yusif kimi tanınan Yusif Baqiyevin adı mediada tez-tez hallanır. Onun Bakıda yerləşən iaşə obyektlərində qanunsuz qumar oyunları təşkil etdiyi deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin