Elçin Əlizadəyə daha bir vəzifə verildi

Hazırda oxunan: Elçin Əlizadəyə daha bir vəzifə verildi

233308

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni üzv seçilib.

Bizim.Media banker.az-a istinadən xəbər verir ki, Elçin Əlizadə Ağaməmməd oğlu qeyd edilən vəzifəyə seçilib.

Elçin Əlizadə Azərbaycan Mərkəzi Bankında Daxili audit departamantinin direktorudur. O, paralel olaraq İSB-da Audit Komitəsinin sədri idi.

Qeyd edək ki, İSB-nin bu orqanına Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Zəfər oğlu Əliyev sədrlik edir.

Himayəçilər Şurasının üzvlərinin tərkibinə Azərbaycan Respublikasının Mərkəzi Bankının iki nümayəndəsi, iştirakçı sığortaçıların isə üç nümayəndəsi daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin