Qusarlı gənclərin məşğulluğunun təmin olunması ilə bağlı MÜZAKİRƏLƏR APARILDI - FOTO

Hazırda oxunan: Qusarlı gənclərin məşğulluğunun təmin olunması ilə bağlı MÜZAKİRƏLƏR APARILDI - FOTO

233255

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bu gün rayon gənclərinin bir qrupu ilə görüşüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar şəhərindəki  Heydər Əliyev Mərkəzində keçirilən görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qusar rayon təşkilatının və İcra Aparatının, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, rayonun fəal gəncləri, qazilər, tələbələr iştirak ediblər.

Səmimi dialoq şəraitində keçən görüşdə gəncləri narahat edən problemlər müzakirə olunub, müxtəlif sahələr üzrə təklifləri dinlənilib, gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açılıb.
 

Görüşdə çıxış edənlər gənclərin rayonda fəaliyyət göstərən dövlət qurumlarında təcrübə keçmələrinə şərait yaradılması, rayonun maddi-mənəvi irsinin tanıdılması məqsədilə tarixi ərazilərə ekskursiyaların təşkil olunması, kibertəhlükəsizlik və proqramlaşdırma sahəsinə gənclərin marağının artırılması istiqamətində işlərin görülməsi təklifləri irəli sürülüb.


Həmçinin gənclərin məşğulluğunun təmin olunması, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün məkanların təşkil edilməsi ilə bağlı da rayon rəhbərinə müraciətlər edilib.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin