Bakının Nəsimi rayonunda narkotik vasitə və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə edən 20 sürücü saxlanılıb.
Bu barədə Bizim.Media-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən ay həyata keçirilən profilaktik tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, narkotik vasitə, psixotrop maddə və spirtli içkinin təsiri altında avtomobil idarə edən, eyni zamanda yol polisinə tabesizlik göstərən 20 sürücü aşkar edilib.
Həmin sürücülər barəsində toplanılmış materiallar məhkəməyə göndərilib, onlardan beşi inzibati qaydada həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:27 / 04.02.2025
Narkotik və spirtli içkinin təsiri altında avtomobil idarə edən 20 sürücü SAXLANILDI
Hazırda oxunan: Narkotik və spirtli içkinin təsiri altında avtomobil idarə edən 20 sürücü SAXLANILDI
Hazırda oxunan: Narkotik və spirtli içkinin təsiri altında avtomobil idarə edən 20 sürücü SAXLANILDI
233232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.