“TikTok”da “Bakcell”in adından dələduzluq edilir – RƏSMİ XƏBƏRDARLIQ - FOTO

Hazırda oxunan: “TikTok”da “Bakcell”in adından dələduzluq edilir – RƏSMİ XƏBƏRDARLIQ - FOTO

233220

“TikTok”da “Bakcell” mobil operatorunun adından dələduzluq həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə 50 GB internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir və "Abunə ol" düyməsinə kliklədikdə istifadəçilərdən bank kartı məlumatlarını daxil etmək tələb olunur. Vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatı yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edirik", - deyə Xidmət bəyan edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin