Rövşən Mehdiyev həbsdə qaldı

Hazırda oxunan: Rövşən Mehdiyev həbsdə qaldı

233212

“Union Logistika” yükdaşıma şirkətinin ötən həftə əvvəl həbs edilən rəhbəri Rövşən Mehdiyev sərbəst buraxılmaq istəyir.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, şirkət rəhbəri 4 aylıq həbs qərarından apellyasiya şikayəti verib.

Mehdiyev hesab edir ki, heç kimi aldatmayıb, sadəcə yüklərin Çindən gətirilməsində problemlər yaranıb. Bu səbəbdən həbsdə qalmasına ehtiyac yoxdur.

Bakı Apellyasiya Məhkəməsi işdə dəyişən hal olmadığını, sifarişçi sahibkarların mallarını hələ də ala bilməməsini əsas gətirərək əvvəlki qərarı dəyişməyib.

Qeyd edək ki, R.Mehdiyev tanınmış biznesmendir. Onun Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri var. O, dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin də sədridir.

Mehdiyev “Union Logistika”nın müştəriləri qarşısındakı öhdəliyini yerinə yetirmədiyindən polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin