Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin təqaüdlərini ala bilməmələri ilə bağlı iddialar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “gününsəsi.info”ya Akademiyanın tələbələri bildiriblər.
Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri hələ də köçürülməyib: “Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir”.
Qeyd edək ki, daha əvvəl Dövlət Gömrük Komitəsinin işçilərinin ötən ilin oktyabrından bəri əməkhaqlarını ala bilməmələri ilə bağlı məlumat yayılmışdı. Yanvar ayının sonunda isə bütün gömrük əməkdaşlarının məvaciblərinin tam şəkildə ödənildiyi açıqlandı.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:25 / 04.02.2025
Gömrük Komitəsində yenə problem - Tələbələrin təqaüdü verilmir
Hazırda oxunan: Gömrük Komitəsində yenə problem - Tələbələrin təqaüdü verilmir
Hazırda oxunan: Gömrük Komitəsində yenə problem - Tələbələrin təqaüdü verilmir
233183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.