1 milyon mənimsəməyən Raqif Abbasov azadlıqdadır - TƏFƏRRÜAT

Hazırda oxunan: 1 milyon mənimsəməyən Raqif Abbasov azadlıqdadır - TƏFƏRRÜAT

233179

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq vəzifəli şəxsləri sabah yenidən hakim qarşısına çıxarılır.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, idarənin sabiq rəisi Raqif Abbasov və maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.

Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edəcək.

Xatırladaq ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilib. Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Bildirək ki, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunan R.Abbasov və E.Qulamov həbsdə deyillər.

Əldə edilən məlumata görə, təqsirləndirilən şəxslər dövlətə vurduqları ziyanı ödəyiblər. Məhz buna görə onlar barəsində həbslə bağlı olmayan qərar seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin