Bu şəxslərə 15 min manat veriləcək – RƏSMİ

Hazırda oxunan: Bu şəxslərə 15 min manat veriləcək – RƏSMİ

233165

"Bu ildən bəzi bitkilər üzrə subsidiyanın artırılması planlaşdırılır".

Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) mətbuat katibi Ruslan Zeynalov ”Baku.ws”ə açıqlamasında bildirib.

AKİA rəsmisi əlavə edib ki, qaragilə (mavigilə) bitkisi üzrə əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonları ilə yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunu da əhatə edir:

"Bu ildən torf və perlit qarışığında dibçəklərdə əkilən bağların hər hektarına 15 000 manat, turşuluq (PH) səviyyəsi 6,5-dən artıq olmayan torpaqlarda, damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 3 400 tingin əkildiyi qaragilə bağlarına isə 7 500 manat subsidiya veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin