Bankların Rusiya rublunun alışını dayandırması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bankların Rusiya rublunun alışını dayandırması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

233156

Son günlər sosial şəbəkələrdə və bir çox elektron KİV-lərdə bəzi bankların Rusiya rublunun alışını dayandırması ilə bağlı məlumatlar yayılıb. Bu isə sosial şəbəkələrdə ciddi müzakirələrə və narahatlığa yol açıb.

Bəs, banklar nəyə görə Rusiya rublundan imtina edir?

Suala cavab tapmaq üçün Mərkəzi Banka sorğu ünvanladıq. Mərkəzi Bankdan Bizim.Media-ya bildirilib ki,  banklar tərəfindən açıq valyuta mövqeyi, məzənnə riski, alınmış nağd xarici valyutanın digər sərbəst dönərli valyutalara konvertasiya imkanları kimi amillər nəzərə alınmaqla, müştərilərə müəyyən xarici valyutaların mübadiləsi xidmətləri təqdim edilir:

“Bu xüsusda qeyd edilməlidir ki, hazırda Rusiya rublunun banklar tərəfindən mübadiləsi bir çox banklar tərəfindən həyata keçrilir və son günlərdə hər hansı məhdudiyyət tətbiq edilməyib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin