Təyyarə qəzasının ilkin nəticələri nə vaxt açıqlanacaq? - VİDEO

Hazırda oxunan: Təyyarə qəzasının ilkin nəticələri nə vaxt açıqlanacaq? - VİDEO

233155

Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı araşdırmanın ilkin nəticələri yaxın günlərdə açıqlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

O qeyd edib ki, bununla bağlı müxtəlif ölkələrin mütəxəssislərinin birgə işi yekun mərhələdədir.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin