8 Noyabr prospektində avtomobil belə aşdı - VİDEO

Hazırda oxunan: 8 Noyabr prospektində avtomobil belə aşdı - VİDEO

233144

Bakı şəhər Xətai rayonu ərazisində baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, qəzaya 8 Noyabr prospekti ilə X.Rüstəmov küçələrinin kəsişməsində manevr qaydalarına əməl etməyən “Mitsubishi Pajero” markalı avtomobilin səbəb olduğu müəyyənləşib.

Məlum olub ki, “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasına əməl etməyib.

Belə ki, avtomobil yolayrıcında sola dönən zaman qarşıdan düzünə hərəkətdə olan “VAZ” markalı avtomobillə toqquşub.

Güclü zərbənin təsirindən “VAZ” markalı avtomobil aşıb və yol kənarında yerləşən svetoforu qıraraq yerindən çıxarıb. Hadisə nəticəsində həm avtomobillərə, həm də yol infrastrukturuna ciddi ziyan dəyib.

Qeyd edək ki, ötən il ərzində paytaxtın müxtəlif küçə və prospektlərində qeydə alınan yol-nəqliyyat hadisələri zamanı 41 svetofor yararsız vəziyyətə düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin