Əhaliyə XƏBƏRDARLIQ: Bu gün axşamdan başlayır

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: Bu gün axşamdan başlayır

233129

Fevral ayında Günəş aktivliyinin artması ilə əlaqədar Yerin maqnit sahəsində dalğalanmalar müşahidə ediləcək.

Bizim.Media ABŞ Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin (NOAA) proqnozlarına əsasən xəbər verir ki, bir neçə gün ərzində maqnit qasırğalarının baş verməsi gözlənilir.

Bu təbii hadisələr meteohəssas insanlarda yorğunluq, baş ağrısı və yuxu pozğunluğu kimi narahatlıqlara səbəb ola bilər.

NOAA-nın məlumatına görə, fevralın 17 və 20-də mülayim, 4, 5, 18, 19 və 24-də isə güclü maqnit qasırğaları baş verəcək.

Xüsusilə fevralın 4-ü axşam saatlarında pik aktivlik gözlənilir.

Bu təbii hadisə bəzi insanlarda baş ağrısı, qan təzyiqində dəyişikliklər, yorğunluq və yuxu pozğunluqları kimi simptomlara səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəlikləri olan şəxslər bu günlərdə sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər.

Mütəxəssislər maqnit qasırğalarının təsirini azaltmaq üçün kifayət qədər yuxu almağı, balanslı qidalanmağı və bol su içməyi tövsiyə edirlər. Əgər sağlamlıq vəziyyətinizdə ciddi pisləşmə hiss edirsinizsə, həkimə müraciət etmək məsləhətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin