Bədəni uzunmüddətli qaşımaq nədən xəbər verir?

Hazırda oxunan: Bədəni uzunmüddətli qaşımaq nədən xəbər verir?

233126

Qaşıntıya qarşı müqavimət göstərməyin çətinliyi təkamül kontekstində yeni izah qazanır. Pittsburq Universitetindən dr. Daniel Kaplanın rəhbərlik etdiyi araşdırma göstərir ki, qaşınma yalnız refleksiv davranış deyil, eyni zamanda, bədənin immun müdafiəsini gücləndirən təkamül faydasına malik ola bilər.

Bizim.Media “Live Science” portalına istinadən xəbər verir ki, bununla bağlı tədqiqat nəticələri “Science” jurnalında dərc edilib. 

Tədqiqat çərçivəsində siçanlar üzərində aparılan təcrübələr nəticəsində məlum olub ki, qaşınan hissələrin cızılması yerli immun reaksiyanı gücləndirir. Alimlər müəyyənləşdiriblər ki, qaşıma prosesi iltihab reaksiyasını artıraraq bədənə infeksiyalardan qorunmaq üçün əlavə müdafiə mexanizmi təqdim edir. Bu mexanizmin əsasını ağrı və qaşınma hissindən məsul neyronların hüceyrələri təşkil edir. Bu hüceyrələr iltihab siqnalı verərək bakterial infeksiyalara qarşı mübarizə aparan neytrofilləri bölgəyə cəlb edir. Araşdırma göstərib ki, qaşıntını hiss edə bilməyən və ya cızılmasının qarşısı alınan siçanlarda həmin immun reaksiyalar daha zəif olub.

Harvard Tibb Məktəbinin immunoloqu Liven Denqin fikrincə, bu araşdırma təkamül biologiyasının fundamental suallarından birinə aydınlıq gətirir: “Niyə bu qədər növdə qaşıma davranışı qorunub saxlanılıb?”. O vurğulayır ki, yeni tapıntılar görünüşcə zərərli hesab edilən qaşınma davranışının əslində faydalı immun cavab təmin edə biləcəyini ilk dəfə sübut edir. Lakin tədqiqatçılar qeyd edirlər ki, bu proses yalnız qısamüddətli və nəzarətli qaşımalarda müsbət təsir göstərir. Xroniki qaşınma və dərinin həddindən artıq cızılması isə əksinə, iltihabı gücləndirərək bərpa prosesini ləngidə bilər.

D.Kaplan və komandası tədqiqat nəticələrinin dermatologiya və immunologiya sahəsində yeni perspektivlər açdığını bildirir. Qaşımanın “Staphylococcus aureus” kimi bakteriyalara qarşı müdafiəni gücləndirdiyini göstərən tapıntılar gələcəkdə allergik və xroniki qaşınma xəstəliklərinin müalicəsində yeni yanaşmaların inkişafına kömək edə bilər. Bu araşdırma qaşınma davranışının təkamül kontekstində yalnız xoş bir refleks deyil, həm də bədənin qoruyucu mexanizmlərindən biri olduğunu göstərir. Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, uzunmüddətli qaşıma vərdişi dəri sağlamlığı üçün təhlükə yarada bilər.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin