Bir neçə gün öncə Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlaması nəticəsində həlak olmuş azyaşlı Natiq Quliyevi oxuduğu Q. Əliyev adına 3 saylı ümumi orta məktəbdə müəllimləri və sinif yoldaşları yad ediblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məktəb kollektivi bədbəxt hadisə nəticəsində həlak olmuş məktəblinin şərəfinə şəkilli lövhə hazırlayıb, onunla bağlı xatirələrini bölüşüblər.
Məktəbin ibtidai sinif müəllimi Gülsüm Məmmədova bildirib ki, N. Quliyev tərbiyəli, çalışqan şagird olub.
Baş verən bu hadisədən bütün məktəb kollektivi çox sarsılıb.
Qeyd edək ki, yanvarın 31-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
22:31 / 03.02.2025
Hindarxda partlayış nəticəsində həlak olmuş azyaşlını məktəb kollektivi belə YAD ETDİ - FOTO/VİDEO
Hazırda oxunan: Hindarxda partlayış nəticəsində həlak olmuş azyaşlını məktəb kollektivi belə YAD ETDİ - FOTO/VİDEO
Hazırda oxunan: Hindarxda partlayış nəticəsində həlak olmuş azyaşlını məktəb kollektivi belə YAD ETDİ - FOTO/VİDEO
233103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.