SON DƏQİQƏ: Daha bir təyyarə Heydər Əliyev aeroportuna məcburi eniş etdi

Hazırda oxunan: SON DƏQİQƏ: Daha bir təyyarə Heydər Əliyev aeroportuna məcburi eniş etdi

233092

“Cathey Pasific” aviaşirkətinin HonKonq-London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Hava limanından Bizim.Media-ya bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Heydər Əliyev Beynəlxalq Aeroportuna “Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də uğurla eniş edib. Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.

Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin