Qaxda avtomobil yoldan çıxaraq aşdı, sürücü xəsarət aldı - FOTO

Hazırda oxunan: Qaxda avtomobil yoldan çıxaraq aşdı, sürücü xəsarət aldı - FOTO

233075

Qaxın Alatəmir kəndi ərazisində yük avtomobili sərt döngədə qəzadan yayına bilməyib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax-Qorağan yolunda 44 yaşlı Qəbələ rayon sakini Kamran əzizovun idarə etdiyi “Qazel”lə digər yük avtomobili toqquşub.
 

Hadisə şahidlərinin sözlərinə görə “Qazel”in sürücüsü sərt döngədə qarşısına çıxan digər avtomobilə dəyməmək üçün kənara çıxmağa çalışıb. Lakin həmin avtomobilə dəyərək yoldan çıxıb, daha sonra yolun kənarındakı xəndəyə aşıb.


Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilən Təcili Tibbi yardım briqadasının köməyi ilə Kamran Əzizov Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O müayinə edilib, müalicələrə cəlb olunub. Xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin