Baş nazirdən koronavirusla mübarizədə iştirak edən tibb işçiləri ilə bağlı QƏRAR

Hazırda oxunan: Baş nazirdən koronavirusla mübarizədə iştirak edən tibb işçiləri ilə bağlı QƏRAR

233068

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb. 

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il aprelin 1-dək veriləcək. 

Əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək müəyyən edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin