Müdafiə Nazirliyindən hərbi qulluqçuların ailələrinə MÜRACİƏT

Hazırda oxunan: Müdafiə Nazirliyindən hərbi qulluqçuların ailələrinə MÜRACİƏT

233066

Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər. 

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar. 
 

İntellektual qabiliyyətli bölmələrdə cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulub. 


Hazırda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmət keçən, yuxarıda qeyd olunmuş siyahılarda yer alan xarici təhsil müəssisələrində təhsil almış hərbi qulluqçuların adıçəkilən bölmələrdə xidmət etmələrini təmin etmək məqsədilə onların ailə üzvlərindən aşağıda qeyd olunan məlumatları fevralın 28-dək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur: 

- çağırışçının adı, soyadı və ata adı; 

- çağırış rübü və ili (çağırıldığı tarix); 

- Xarici dövlətlərin təhsil müəssisələrində ali təhsil almış şəxslərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənəd (PDF formatında) və ya tanınma prosesinin başlamasına dair sistemdən çıxarış. 

Qeyd: Növbəti çağırışlarda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmətə başlayacaq, yuxarıda qeyd olunan kateqoriyaya aid çağırışçıların intellektual bölmələrdə xidmət etmələrinin təmin olunması məqsədilə müvafiq məlumatların onların ailə üzvləri tərəfindən çağırış ayının əvvəlindən növbəti ayın sonunadək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin