Azərbaycanda müasir avtobusların SAYI

Hazırda oxunan: Azərbaycanda müasir avtobusların SAYI

233015

Azərbaycanda müasir avtobusların sayı 2160-a çatıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “trend.az”a verilən məlumata görə, Bakıda ictimai nəqliyyat parkı sürətlə yenilənir. 
 

"Hazırda Azərbaycana COP29 konfransı ərəfəsində gətirilən 160 sıfır emissiyalı elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında uğurla işləyir, özəl şirkətlər isə elektrik enerjisi və sıxılmış qazla işləyən daha 85 ekoloji təmiz avtobus alıblar. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək istifadəyə verilib və müasir avtobusların sayı 2160-a çatıb", - məlumatda deyilir. 


Vurğulanıb ki, yeni avtobuslar nağdsız ödəniş üçün validatorlarla təchiz edilir. Bu da xidmətlərin rəqəmsallaşdırılması prosesini sürətləndirir. 

Qeyd olunub ki, 2024-cü ilin yekunlarına görə, bu ödəniş formasının payı 77,5% təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin